Ona etibar edilən bütün işlərdə Şair Alxasov özünü doğruldub

Ona etibar edilən bütün işlərdə Şair Alxasov özünü doğruldub

Baxış sayı: 5. 070 dəfə baxılıb.

 

Cixisyolu.com olaraq bu şərəfli insan – Qusar rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasov haqqında məqalə hazırlamağı özümüzə borc bildik.

Belə bir deyim var: Hər hansı vəzifə kürsüsü insan üçün həm də özünüifadə və özünütəsdiq vasitəsidir. Bu mənada, Qusar rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasov  fəaliyyətinin ilk gündən işində layiqli xidmət vasitəsi kimi yanaşaraq ona göstərilən etimadı layiqincə doğrultmağa çalışdı.

Şair Alxasov dövlətimizə və rəhbərliyə sədaqət nümunəsidir!

Ona etibar edilən bütün işlərdə Şair Alxasov özünü doğruldub

Hər bir şəxs özünün keçdiyi həyat yoluna nəzər salanda, unudulmaz və xoş xatirələrə dönmüş anlarını, günlərini xəyalından keçirəndə istər-istəməz kimlərlə ünsiyyət saxladığı, kimlərlə yoldaşlıq və dostluq etdiyi insanlar göz önünə gəlir. Elə insanlar var ki, onların həyatı, fəaliyyəti elinə, xalqına, vətəninə xidmətə həsr olunur. Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Qusar rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasovdu

Ona etibar edilən bütün işlərdə Şair Alxasov özünü doğruldub

Qusar rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasov vəzifəsini vicdanla yerinə yetirən, təmsilçisi olduğu dövlətin, hakimiyyətin, xalqın və prezidentin etimadını yüksək səviyyədə doğrulda bilən insandır.

… Yeganə məmurdur ki, bu posta gəlmək üçün planlar qurmayıb, mübarizə aparmayıb. Əksinə onun bu posta olmasını istəyiblər…

… Yeganə məmurdur ki, hökmü, məmur gücü, sərəncamı ilə deyil şəxsiyyəti ilə insanlar üzərində idarəçilik qurub. Hətta bəzən insanların ona “cənab rəis” yox daha üstün sayğı ilə “müəllim” deməsi də burdan qaynaqlanır.

… Yeganə məmurdur ki, ona qarşı ən qərəzli media orqanı belə villalarının, bahalı avtomobillərinin, obyektlərinin şəkillərini dərc etməyib və etməyəcək də…

…Dünyaya göz açan hər bir kəsin, öz yolu, öz cığırı olur. Bu da əzəli məlum, sonu Tanrının qismətindən asılı ömür yoludur. Deyirlər, öz dünyasında olan insanın söz və əməl dünyası saleh olur. Bu yolu şərəflə, ləqayətlə, inam və imanla addımlayan Qusar rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasov əsl Vətənə ləyaqət nümunəsidir.

Şair Alxasov böyük müəllimi və idealı olan Heydər Əliyev kimi layiqli insanlara dəyər verməkdən zövq alır!

O, yüksək biliyi və təhsili olan, yüksək siyasi və təcrübi qabiliyyətləri olan istedad sahibidir!

O, rəhbər kimi ani və düzgün qərar qəbul edə bilən nadir insanlardandı!

Prezident İlham Əliyevdən nümunə götürən Şair Alxasovun böyüklüyü onun sadəliyində və insanlara səmimi münasibətindədir!

O, insanlara diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, dövlətimizə və Prezidentimizə inamını artırır!

O, bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun Qusar rayon İcra Hakimiyyətinin başçısı kimi professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!

Ona etibar edilən bütün işlərdə Şair Alxasov özünü doğruldub

…Bütün deyilənləri, yazılanları kənara qoyaraq bir elin, obanın təəssübünü cəkən fədəkar bir insan kimi tanıdığımız Şair Alxasovun haqqında bəzən bədhaqları tərəfindən yayılan uydurmalar gülüş doğurur. Yalana bükülüb ləkə kimi atılan yazılara cavab olaraq gerçək olanı deyək: Bəri başdan deyirik ki, Şair Alxasov təsəvvürünüzə gətirmədiyiniz dərəcədə zəngindir. Briliant, qızıl, ləl-cəvahirat nədir ki, onun sərvətinin yanında. Adamın saf, təmiz qəlbi var. Neyləsin ki, xalqına, el-obasına bu qədər baglıdır. Saysız- hesabsız ehtiyacı olanlara “Əl tutmaq Əlidən qalıb” deyə əl tutması, simsar olmasını göz önünə gətirin. Həndəsi silsilə ilə artan bir sərvət! Sizsə görün nələrdən danışırsız? Hələ bu sıraya yüzlərlə insanlara xeyirxah əməllərini də artırsaq (bunların da ümumi çəkisi həmin böhtançı “mirzə”lərdən ağır olar yəqin ki…) onda böyük bir xəzinə yaranar. Yəqin bu həqiqəti bilən kimsə, sizin yanınızda “Şair Alxasovun böyük, tükənməz bir xəzinəsi var”-deyib, sadəcə, sizsə hər şeyi baş-ayaq anlamısız…

…Müasir mediada çox nəsnələrin təmənnalı yazılıb, elə təmənnalı da pozulduğu bir vaxtda tanınmış bir məmur haqda xoş yazı yazmağın necə qarşılanacağını bilməmiş deyiləm. Hər kəs sual edəcək: Görəsən, nə baş verib ki, işi-gücü tənqid olan bir saytın rəhbəri indi vəzifəli şəxsi müdafiə edən yazıya imza qoyur? Biz bu yazını qələmə almağı özümüzə vicdan borcu saydıq. Bu gün məmurların böyük əksəriyyətinin hansı səviyyəyə malik olduğunu, elmdən uzaq, yalnız pul yığmağı bacaran ənənəvi tiplər kimi tanıdığımızdan az qala ONUN haqqında da belə düşünəcəkdik. Amma… Amması bu ki, Qusar rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasov vəzifənin hörmətə mindirdiyi yox,vəzifəni hörmətə mindirən millət MƏMURlardandır.