62ff489c-e5e1-4b40-bf9a-980fab3c5d84..jpg

Ondan xəbərsiz yas mərasiminə gedən arvadına irad tutdu, qızını döydü

Baxış sayı: 497 dəfə baxılıb.

Ondan xəbərsiz yas mərasiminə gedən arvadına irad tutdu, qızını döydü

Abşeron Rayon Məhkəməsində qızını döyməkdə təqsirləndirilən Orxan Əliyevin
(şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Sevinc Quliyevanın sədrliyi ilə
keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə icraata xitam verilib və
o, cinayət məsuliyyətindən azad edilib.

İttihama görə, hadisə bu il avqustun 4-də saat 20 radələrində Abşeron rayonu
ərazisində qeydə alınıb. Belə ki, təqsirləndirilən Orxan Əliyev ailə üzvləri
ilə birlikdə yaşadığı ünvanda yerləşən fərdi yaşayış evinin həyətində
qonşuluqdakı yas mərasimində iştirak etməsi ilə bağlı arvadına irad bildirib.
Onlar mübahisə edən zaman həmin hadisənin şahidi olan qızları, zərərçəkmiş
Günay Əliyeva (şərti) anasının əsassız olaraq danlamasına görə atasına irad
tutub. Bu zaman Orxan övladına əsəbiləşərək onun üzərinə hücum edib. O, əvvəlcə
zərərçəkmiş şəxsin boynundan bir dəfə şillə ilə, sonra isə hər iki ayağından
təpiklə ardıcıl qəsdən zərbələr vurub. Nəticədə ata qızının sağlamlığına qəsdən
yüngül zərər yetirib. Məhkəmədə ifadə verən Orxan Əliyev bildirib ki, hadisə
günü yaşadığı evin həyətyanı sahəsinin qarşısında pivə içib. Bundan sonra
arvadına yaxınlaşaraq nə səbəbə ondan icazəsiz yas mərasiminə getdiyini
soruşub. Bu səbəbdən aralarında sözlü mübahisə baş verib. Həmin vaxt qızı Günay
ona yaxınlaşıb nə səbəbə anası ilə mübahisə etməsini soruşub. O, əsəbiləşərək
qızının boyun nahiyəsindən bir dəfə şillə ilə vurduğunu, sonra isə təpiklə
ayaqlarından zərbə endirdiyini, daha sonra əsəblərinin sakitləşməsi üçün
həyətyanı sahədən küçəyə çıxdığını söyləyib.

Source link