c0d92e3e-b021-48ce-a268-63a27630756b.jpg

“One Direction” qrupu dörd ildən sonra ilk dəfə sosial şəbəkədə paylaşım edib

Baxış sayı: 31 dəfə baxılıb.

Britaniya musiqi qrupu “One Direction” keçmiş üzvlərindən biri olan müğənni
Liam Peynin ölümü ilə əlaqədar paylaşım edib.

Cixisyolu.com xəbər verir ki, qrupun “Instagram” hesabında ifaçının ölümü ilə bağlı
başsağlığı mesajı yerləşdirilib.

“Liamın ölüm xəbərindən tamamilə sarsılmışıq… Hələlik dərin məhəbbətlə
sevdiyimiz qardaşımızın itkisinin yasını tutmaq və qəbul etmək üçün vaxta
ehtiyacımız olacaq”, – deyə paylaşımda qeyd olunub.

Bu paylaşım qrupun hesabında dörd il ərzində ilk paylaşım olub (2020-ci ilin
iyulundan bəri). İki saat ərzində paylaşım 2.2 milyon bəyənmə və 212 000 şərh
toplayıb.

Source link