d50e0199-82fc-46b2-a807-12e21e16ba1c..jpg

“Onlar Rəşid Behbudovdurlar, xaricə getsinlər?” – Məşhurlar Yeni ili harada qarşılayacaqlar? + FOTO

Baxış sayı: 4. 176 dəfə baxılıb.

“Onlar Rəşid Behbudovdurlar, xaricə getsinlər?” – Məşhurlar Yeni ili harada
qarşılayacaqlar? + FOTO

Daha bir il tarixə qovuşur. 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü
və Yeni ili hər kəs özünəməxsus şəkildə qarşılayacaq. Hər il olduğu kimi, bu il
də məşhurların bayramı harada keçirəcəkləri maraq doğurur.

Cixisyolu.com-ın əməkdaşı bir neçə sənət adamının planları ilə maraqlanıb.

Xalq artisti Mübariz Tağıyevin sözlərinə görə, hər ailənin özünəməxsus
adət-ənənəsi var:

“Bu adət-ənənələr valideynlərdən irəli gəlir. Mən Yeni ili evdə ailə
üzvlərimlə, öz doğma yurdumda qarşılayacağam”.

Müğənni Elvin Mirzəzadə bayram günü səhnədə yer alacağını qeyd edib:

“Axşam saat 23:00-a kimi Bakıdakı restoranların birində səhnədə olacağam.
İnşallah, saat 00:00-da evimdə olub, Yeni ili ailəmlə birlikdə qarşılayacağam”.

Bəstəkar mahnılarının mahir ifaçısı Əli Mirəliyev bildirib ki, bayramı vətəndə
qeyd edəcək:

“Mən bu dəqiqə Şəkidəyəm. Yeni ili də elə burada, vətənimdə keçirəcəyəm. Hara
getməliyəm ki? Müğənni ailəsinin yanında olar. Ailəmi qoyub, haradasa
keçirməyim düz olmaz”.

Ə.Mirəliyev müğənnilərin hamısının bayramda pul qazanacaqlarını iddia edib:

“Bütün tədbirlərdə olacaqlar. Adlarını yazdırırlar ki, 5-10 manat qazansınlar.
Onlar kimdir ki, xaricə getsinlər? Rəşid Behbudov, Zeynəb Xanlarova deyillər
ki, haradasa qeyd etsinlər. Yalandan şayiə yayırlar. Boş danışırlar. Adam öz
evində, ailəsinin, xalqının yanında olmalıdır”.

“Avroviziya-2011” mahnı müsabiqəsinin qalibi Eldar Qasımov Yeni ili sənət
yoldaşı Nigar Camal ilə səhnədə qarşılayacaqlarını söyləyib:

“Mən, adətən, ailəmlə qarşılamağı sevirəm. Yer fərq etmir. Sadəcə, bu il Nigar
Camal ilə tədbirdə olacağıq. Tədbirdən sonra ailəmə qoşulub, Bakıda, bağımızda
keçirəcəyik”.

Əməkdar artist Elza Seyidcahan Yeni il günü iş başında olacağını bildirib:

“Yeni il üçün proqramlarımız var. Yəqin ki, oraya gedəcəyik. İndi hansı
məkanda olacağını bilmirik. Evə çatsaq, evdə olacağıq. Olmasaq, xalqımızın
içində, iş başında qeyd edəcəyik. Bakıda olacağam. Bütün dünya
azərbaycanlılarını, şəhid analarını, qazilərimizi təbrik edirəm. Hər zaman sülh
içərisində yaşasınlar. İnsanlar “minnətdaram!” deməyi bacarsınlar. Şükür
etməyi, təşəkkür etməyi bacarsınlar”.

Müğənni Roza Zərgərli son dörd ili səhnədə qarşıladığını deyib:

“Hər zamankı kimi səhnədə olacam. Çünki dörd ildir ki, ancaq səhnədə
keçirirəm. Bu yeni ildə tək olduğum üçün valideynlərim yanıma gələcəklər. Çünki
uşaqlarım xaricdədirlər. Hər birinin öz ev-eşiyi var. Saat 01:00-dan sonra
keçirəcəyəm, atamla, anamla birlikdə”.

2014-cü ildə “Start a fire” mahnısı ilə Danimarkada ölkəmizi “Avroviziya”
mahnı müsabiqəsində təmsil edən estrada müğənnisiDilarə Kazımova deyib ki, iş
olmasaydı, Yeni ili anası ilə qarşılayacaqdı:

“Səhnədə olacağam. Çox şadam. İş olmasaydı, evdə anamla keçirəcəkdim. Çox
sevinirəm. Səhnədə olacağıma şadam. İnsanlarla Yeni ili qarşılamaq mənə çox xoş
olacaq”.

Müğənni Elnarə Xəlilova da 2023-cü ili ailə üzvləri ilə birlikdə
qarşılayacağını əlavə edib.

Nəzrin Vahid

Source link