132945a3-05d5-4776-9f28-edf7c6a5929c..jpg

Onlarla insanın həyatı xilas oldu: Uçuşa hazırlaşan narkoman pilot son anda saxlanıldı – FOTO

Baxış sayı: 519 dəfə baxılıb.

Onlarla insanın həyatı xilas oldu: Uçuşa hazırlaşan narkoman pilot son anda
saxlanıldı – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qazaxıstanda “Air Astana” aviaşirkətinin pilotu narkotik vasitələrdən istifadə
etməkdə şübhəli bilinib.

Qeyd olunur ki, şübhəli Almatı hava limanında saxlanılıb. O, uçuş zonasında
olub. Polis narkotik maddənin təsiri altında olduğunu etiraf edən pilotu tez
bir zamanda saxlamağa müvəffəq olub. Eyni zamanda həmin şəxs Aktauya getdiyini
bildirib. O, orada uşaqlar üçün keçirilən tədbirdə iştirak etməli olduğunu
deyib.

Lakin axtarışlar zamanı saxlanılan şəxsin üzərindən narkotik maddə aşkar
edilməyib. Öz növbəsində onun mənzilində şübhəli əşyalar aşkar edilib. Həmin
şəxs bir neçə ildir ki, qanunsuz maddələrdən istifadə etdiyini qeyd edib.

Aviaşirkət artıq pilotu işdən azad edib.

Mənbə: cmn.kz

Source link