f23d9796-6021-4365-843d-2ded68e45f0e..jpg

Onlayn alış-veriş edənləri aldadan şəxs saxlanıldı – FOTO

Baxış sayı: 690 dəfə baxılıb.

Onlayn alış-veriş edənləri aldadan şəxs saxlanıldı – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə
alış-veriş məqsədilə yaradılan sosial şəbəkə qruplarında vətəndaşlara qarşı
dələduzluq edən 21 yaşlı Ümid İsmayılov saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan
Cixisyolu.com-a bildirilib.

Vurğulanıb ki, Ü.İsmayılov əvvəlcə onlayn satış etmək üçün işçi tələb olunması
barədə elan verib.

Həmin şəxsləri aylıq maaş verəcəyi vədi ilə aldadaraq onlardan müəyyən
məbləğdə depozit alıb. Daha sonra o, tanınmış markaların sosial şəbəkə
səhifələrindən geyim fotoları köçürərək sosial şəbəkə qruplarında paylaşıb.
Alış-veriş etmək istəyən müştərilər ödənişi Ü.İsmayılovun “işə götürdüyü”
şəxslərin bank kartına, onlar isə öz növbəsində saxlanılan şəxsin hesabına
transfer ediblər.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Bildirilib ki, Ü.İsmayılovun əməllərindən zərərçəkən başqa şəxslər varsa,
polisə müraciət edə bilərlər.

Source link