Onu yuxudan oyadan otaq yoldaşını bıçaqladı – QƏRAR
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Ali Məhkəmədə qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Faiq
Məmmədovun (şərti) barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə
iclası başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Tahir Kazımovun sədrliyi ilə
keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, şikayət təmin edilməyib.
İttihama görə, hadisə 20 iyul 2021-ci il tarixdə, saat 3 radələrində paytaxt
ərazisində yerləşən evlərin birində qeydə alınıb.
Belə ki, Faiq Məmmədov sərxoş vəziyyətdə birlikdə kirayə yaşadığı otaq
yoldaşı, zərərçəkmiş Xəlil Həsənovun onu yuxudan oyatmasını bəhanə gətirərək
mübahisə edib. Daha sonra təqsirləndirilən şəxs xuliqanlıq niyyəti ilə otaqda
masanın üzərindəki mətbəx bıçağını götürüb, zərərçəkmiş şəxsə bir dəfə zərbə
endirərək ona xəsarət yetirib.
Hadisədən sonra Faiq Məmmədov cinayət məsuliyyətinə cəlb edilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 8 il müddətinə azadlıqdan
məhrum olunub. Bakı Apellyasiya Məhkəməsi Faiq Məmmədovun şikayətini təmin
etməyib.