bdea7ceb-32b1-458d-88ac-83ce1182eb8a..jpg

OPEC 2023-cü ildə qlobal neft tələbi ilə bağlı proqnozunu yaxşılaşdırıb

Baxış sayı: 706 dəfə baxılıb.

OPEC 2023-cü ildə qlobal neft tələbi ilə bağlı proqnozunu yaxşılaşdırıb

Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) 2023-cü ildə qlobal neft tələbinin
artımı ilə bağlı proqnozunu bir qədər yaxşılaşdırıb.

“Report” xəbər verir ki, bu barədə təşkilatın fevral ayı üzrə hesabatında
deyilir.

Hesabata görə, 2023-cü ildə gündəlik neft hasilatının 2,3 milyon barel artaraq
101,87 milyon barelə çatacağı gözlənilir. 2022-ci il üçün proqnoz isə gündəlik
2,5 milyon barel səviyyəsində saxlanılıb.

OPEK-in proqnozlarına görə, 2023-cü ildə İqtisadi Əməkdaşlıq və İnkişaf
Təşkilatı (OECD) ölkələrində artım gündəlik 0,4 milyon barel, qeyri-OECD
ölkələrində isə gündəlik 2 milyon barel təşkil edəcək.

Source link