Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) baş katibi Məhəmməd Sanusi Barkindo Azərbaycana gələcək.
ÇıxışYolu.Com xəbər verir ki, OPEC-in baş katibi mayın 30-31-də Bakıda keçiriləcək Beynəlxalq “Caspian Oil & Gas” konfransında iştirak edəcək.
M.Barkindo “Caspian Oil & Gas” konfransının “Neft və qaz sənayesində qlobal və iqtisadi perspektivlər – neftin qiyməti və böhran şəraitində mövcud olan imkanlar” adlı plenar sessiyada məruzəçi qismində çıxış edəcək.
Həmin sessiyada Qaz İxrac Edən Ölkələrin Forumunun (GECF) baş katibi Yuri Sentyurin, Səudiyyə Ərəbistanının milli neft şirkəti “Saudi Aramco”nun vitse-prezidenti İbrahim Assaden və Azərbaycanın energetika naziri Pərviz Şahbazovun məruzələri dinləniləcək.