OPEC və müttəfiqləri hasilatı artıra bilərlər

OPEC və müttəfiqləri hasilatı artıra bilərlər

Baxış sayı: 2. 571 dəfə baxılıb.

Neft İxrac edən Ölkələr Birliyi (OPEC) və Rusiyanın da daxil olduğu digər müttəfiqlər aprel ayında neft bazarında tələb və təklifin yenidən tarazlaşdığı qənaətinə gəliblər.

ÇıxışYolu.Com xarici mətbuata istinadən xəbr verir ki, üç il ərzində qiymətlər üzərində təzyiq yaradan neft təklifi artıqlığı aprel ayında tamamilə aradan qalxıb. 

Qeyd edək ki, OPEC və müttəfiqləri neft təklifi artıqlığını azaltmaq üçün hasilatlarını azaldıblar. Nəticədə, inkişaf etmiş ölkələrin anbarlarındakı neft ehtiyatları xeyli “əriyib” və 5 illik orta göstəricidən aşağı düşüb.  

Nəzərə çatdıraq ki, OPEC və tərəfdaşları gələn ay Vyanada toplaşacaqlar. Görüşdə bazarda yaranan tarazlıq müzakirə mövsuzu olacaq. Ötən həftə Səudiyyə Ərəbistanı və Rusiyanın energetika nazirlərinin verdiyi açıqlamalara görə, istehsalçılar neft hasilatını ilin ikinci yarısında artıra bilərlər.

www.ÇıxışYolu.Com