80e8f1c2-43a1-46e4-ae9c-69f15c20476a.webp

Operada 18+ səhnələri izləyənlər xəstəxanalıq oldular: Almaniyada heyrətamiz tamaşa

Baxış sayı: 115 dəfə baxılıb.

Almaniyada açıq-saçıq operanın 18 tamaşaçısına ürəkbulanma səbəbindən tibbi
yardım lazım olub.

Cixisyolu.com-ın verdiyi məlumata görə, bu barədə “The Guardian” Ştutqart Dövlət
Operasının əməkdaşı Sebastian Eblinqə istinadən xəbər verib.

Bildirilir ki, şou cinsi akt səhnələri (o cümlədən lezbiyanların), canlı
pirsinq, həmçinin çoxlu süni və həqiqi qan ehtiva edib.

“Şənbə günü səkkiz, bazar günü isə daha 10 nəfərə yardım lazım oldu”, – deyə
mənbədən bildirilib.

Bildirilir ki, şounu qalmaqallı və açıq-saçıq çıxışları ilə tanınan avstriyalı
xoreoqraf Florentina Holzinger hazırlayıb. Təşkilatçılar izləyiciləri tamaşaya
hazırlaşmaq üçün proqramın təsvirini oxumağa çağırış etmişdilər.

Source link