“Nar” istifadəçilərinin xərcləri və vaxtına qənaət etmək imkanı verən “Qutu” təklifini yenilədi.
ÇıxışYolu.Com xəbər verir ki, “Qutu” özündə ev üçün fiber-optik internet, rəqəmsal TV və mobil rabitə üçün ölkədaxili bütün istiqamətlərə danışıq dəqiqələri təqdim edən, mobil internet xidmətlərini birləşdirən unikal təklifdir.
22 AZN-dən başlayan yenilənmiş “Qutu” paketlərinə tarifdaxili dəqiqə bonusları əlavə olunaraq ölkədaxili bütün istiqamətlərə zənglər üçün 1000 dəqiqəyədək danışıq, 3 GB-dək mobil internet və sürəti 40 MB-dək olan optik internet təqdim edilir. “Basic” paketinə daxil olan TV kanalların sayı 200-dək artırılmış və 40 HD kanal əlavə edilmişdir. Yeniləşmiş “Qutu” paketlərindən yararlanmaqla istifadəçilər artıq rabitə xərclərinə 70%-dək qənaət edəcəklər.
“Qutu” təklifi hər bir istifadəçiyə ona uyğun olan paketi seçmək imkanı yaradır. Yenilənmiş təkliflərdən yararlanmaq, əhatə dairəsi haqqında məlumat almaq və onlayn sifariş üçün qutu.nar.az saytına daxil olmaq kifayətdir.
Qeyd edək ki, “Qutu” təklifi “Nar” və “CityNet” provayderi tərəfindən təqdim olunur. “Qutu” Azərbaycanın rabitə bazarında optik internet, rəqəmsal TV və mobil rabitə xidmətlərinin bir paketdə təqdim edildiyi ilk təklifdir.
“Azerfon” şirkəti 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib.
“Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib.
Mobil operator şəbəkə keyfiyyətinin davamlı təkmilləşdirilməsi strategiyası çərçivəsində səs keyfiyyətinin nəzərəçarpacaq dərəcədə artımını və səsin təmiz ötürülməsini təmin edən “HD-Voice” (High Definition Voice) xidmətini təqdim edib.
“Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 93%-ni əhatə edir və 6500-dən artıq baza stansiyası ilə 2 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.