ea84299a-a74c-4ce1-81b2-a66800e47714..jpg

Oqtay Əliyevin öldüyü qəzada xəsarət alan Xalq artistinin son durumu: “DTX-nin hospitalındadır”

Baxış sayı: 1. 134 dəfə baxılıb.

Oqtay Əliyevin öldüyü qəzada xəsarət alan Xalq artistinin son durumu: “DTX-nin
hospitalındadır”

Əməkdar artist Dilarə Əliyevanın qardaşı Vüsal Murtuzəliyev Xalq artisti
Mehriban Zəkinin səhhətindən danışıb.

Vüsal Murtuzəliyev Teleqraf.com-a açıqlamasında deyib ki, o, Dövlət
Təhlükəsizlik Xidmətinin Hərbi Tibb Hospitalındadır:

“Mehriban Zəkini xəstəxanada ziyarət edirik, tez-tez danışırıq. İnşallah,
yavaş-yavaş düzələcək. Xəstəxanadan nə zaman çıxacağı bilinmir. Hələ
müalicələri davam edir. Qolunda və qabırğasında çat var”.

O, bacısı Dilarə Əliyeva haqda belə deyib: “Toparlanmağa, özünə gəlməyə
çalışır”.

Vüsal Murtuzəliyev qəza zamanı dünyasını dəyişən Oqtay Əliyevin ölüm səbəbinin
araşdırılmasından da danışıb:

“Hələ analizlərin cavabı məlum deyil. Yaxın günlərdə bilinəcək”.

Source link