Dollarla verilən kreditlər məsələsinə hökumət strukturlarında baxılır.
ÇıxışYolu.Com xəbər verir ki, bunu spiker Oqtay Əsədov parlamentdə hökumətin hesabatı zamanı bəzi deputatların əhalinin dollarla olan kreditlərlə bağlı problemini qaldırmasına münasibətini bildirərkən deyib.
O, bu məsələdə deputatlara öz tövsiyəsini də verib:
“Krediti dollarla vermişik” deməyək. Bu, pis çıxır. “Krediti dollarla almışıq” deyək. Bu məsələdə diqqətli olaq”.
Kamil HƏMZƏOĞLU
www.ÇıxışYolu.Com