“Qazanarkən nələri itirdiyimizi bilirik. Amma itirərkən nələri qazandığımızı
bilmirik”.
Bunu Baku TV-nin “Qapqara” verilişində Əməkdar artist Dilarə Əliyeva deyib.
Aktrisa həyata fərqli baxışının olduğunu söyləyərək qeyd edib ki, itirdikləri
onun qazancıdır:
“Əyləncəli görünə bilərəm. Çox vaxt nikbin əhvali-ruhiyyədə oluram. Hesab
edirəm ki, bu, belə də olmalıdır. Bəzən ağlamamaq üçün çox gülürük. İnsanlar
yaşadıqlarını analiz etsələr, görərlər ki, qara var, bir də qapqara. Hətta
qapqara belə elə an ola bilir ki, rəngini dəyişir. Hadisəyə hansı tərəfdən
baxmaq çox vacibdir”.
Dilarə Əliyeva qeyd edib ki, mərhum həyat yoldaşı Oqtay Əliyev hələ də
onunladır:
“30 il Oqtayla birlikdə yaşadıq. Mən onun hansı addımımda necə reaksiya
verəcəyini, nə deyəcəyini o qədər yaxşı hiss edirəm ki, bu da mənim enerjimdə
hər kəsə yansıyır”.
Ətraflı süjetdə:
dəyişdirib?
Oqtay Əliyevin ölümü Dilarə Əliyevanın həyatında nələri dəyişdirib?