Orban Qərb qoşunlarının Ukraynaya mümkün göndərilməsinin vaxtını açıqlayıb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Macarıstanın Baş naziri Viktor Orban Qərb ölkələrinin 2-3 ay ərzində Ukraynaya
qoşun yeridəcəyi ehtimalını etiraf edib.
Siyasətçi əlavə edib ki, Ukraynadakı hazırkı münaqişə artıq bir müddət sonra
inanılmaz şeylərin reallığa çevrildiyini göstərib.
“Ən narahat edənsə odur ki, 2-3 ay əvvəl ağlasığmaz olanlar 2-3 ay sonra
gündəlik hadisəyə çevrilir”, – Orban bildirib.
O, həmçinin xatırladıb ki, Berlin əvvəllər Kiyevə məhvedici silah göndərmək
istəmədiyini bildirsə də, indi Moskvaya və ya Rusiyanın dərinliklərinə zərbə
endirmək üçün istifadə oluna biləcək raketlərin Ukraynaya ötürülməsi məsələsini
müzakirə edir.
Mənbə: Gazeta.ru