Ordu üçün toplanan vəsaitin məbləği açıqlandı

Ordu üçün toplanan vəsaitin məbləği açıqlandı

Baxış sayı: 2. 472 dəfə baxılıb.

Silahlı Qüvvələrə Yardım Fonduna daxil olan vəsaitin miqdarı açıqlanıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən ÇıxışYolu.Com-a verilən məlumata görə, 1 may 2018-ci il tarixədək fonda 90.425.728,04 AZN, 213.577,88 ABŞ dolları, 11036,0 avro və 5000,0 rubl vəsait daxil olub.

Qeyd edək ki, Silahlı Qüvvələrə Yardım Fondu Azərbaycan prezidentinin 2002-ci il 17 avqust tarixli, 755 nömrəli fərmanı ilə yaradılıb.

www.ÇıxışYolu.Com