0997d068-7660-46ef-a5b0-9308c8e4e06e..jpg

Ordubadda tikintidə ölüm faktı ilə bağlı iş məhkəməyə göndərilib

Baxış sayı: 655 dəfə baxılıb.

Ordubadda tikintidə ölüm faktı ilə bağlı iş məhkəməyə göndərilib
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Tikinti işləri zamanı şəxsin ölməsi ilə bağlı cinayət işi məhkəməyə göndərilib.

Naxçıvan Muxtar Respublikası Prokurorluğundan verilən xəbərə görə, Ordubad
rayonunun Vənənd kəndində iaşə obyektinin tikintisi zamanı beton tökən qurğunun
başlığının İlham Hüseynova dəyməsi və sonuncunun aldığı xəsarətlərdən ölməsi
ilə bağlı cinayət işinin ibtidai istintaqı tamamlanıb.

İstintaqla sahibkarlıq fəaliyyəti ilə məşğul olan Elxan Hacıyev tərəfindən
tikinti işlərinin aparılmasına səlahiyyət verən sənəd olmadan torpaq sahəsi
üzərində özbaşına tikinti və quraşdırma işlərinin aparılmasına, həmin tikintidə
sürücü-operator işləyən Ümid Quliyevin isə əmək mühafizəsi qaydalarını
pozmasına dair əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlara əsasən, Elxan Hacıyev Cinayət Məcəlləsinin 188.2-ci
(torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozmaqla tikinti
işləri aparma), Ümid Quliyev isə həmin məcəllənin 162.2-ci (əmək mühafizəsi
qaydalarını pozma, ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddələri ilə
təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində başqa yerə getməmək
haqqında iltizam qətimkan tədbiri seçilib.

Cinayət işi baxılması üçün Ordubad Rayon Məhkəməsinə göndərilib.

Source link