d593e697-30f0-431a-ae99-3cb086027852..jpg

Ordumuzun bölmələri ilə məşğələlər keçirilir – VİDEO

Baxış sayı: 459 dəfə baxılıb.

Ordumuzun bölmələri ilə məşğələlər keçirilir – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı
İlham Əliyevin qarşıya qoyduğu tələblərə, müdafiə nazirinin əmr və
sərəncamlarına əsasən qoşunların döyüş hazırlığının yüksək səviyyədə
saxlanılması məqsədilə Azərbaycan Ordusunda təlim-tədris prosesi davam
etdirilir.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, yeni tədris dövrünün başlanması ilə əlaqədar hərbi hissələrdə
döyüşə hazırolma üzrə tədbirlər həyata keçirilir.

Tədbirlər zamanı bölmələrin həyəcan siqnalı ilə qaldırılaraq döyüşə hazır
vəziyyətə gətirilməsi üzrə tapşırıqlar məşq etdirilir.

Qeyd edək ki, 2024-cü ilin hazırlıq planına əsasən, bölmələrin daimi
dislokasiya məntəqələrini tərk edərək təlim mərkəzlərinə və ümumqoşun
poliqonlarına hərəkəti də nəzərdə tutulub.


Source link