ebe5986f-181f-4065-82b3-a47e01bf81f4..jpg

Ordumuzun bu gün zərərsizləşdirdiyi Ermənistana məxsus PUA-nın istehsalçısı məlum olub – FOTO

Baxış sayı: 427 dəfə baxılıb.

Ordumuzun bu gün zərərsizləşdirdiyi Ermənistana məxsus PUA-nın istehsalçısı
məlum olub – FOTO

Sentyabrın 2-si günorta saatlarında Azərbaycan Ordusunun Kəlbəcər rayonu
istiqamətində yerləşən bölmələri tərəfindən aşkar edilərək, xüsusi vasitələrin
tətbiqi ilə hədəfə çatmadan zərərsizləşdirilən Ermənistan silahlı qüvvələrinə
məxsus zərbə pilotsuz uçuş aparatının (PUA) istehsalçısı məlum olub.

“Report” xəbər verir ki, aparat əsasən müasir kartoqrafik həllər təqdim edən
ABŞ şirkəti “Micro Aerial Projects” tərəfindən hazırlanıb.

İstehsalçının rəsmi səhifəsində PUA-ların sırf mülki və elmi məqsədlər üçün
nəzərdə tutulduğu bildirilir. Bu isə o deməkdir ki, erməni tərəfi sadə və ucuz
cihazları alaraq onlara kustar üsulla hazırlanmış hərbi vasitələr əlavə edir.

Əlbəttə ki, ermənilərin bu addımı ancaq gülüş doğurur. Belə ki, dünya hərb
sənayesinin ən qabaqcıl vasitələrilə təchiz olunan Azərbaycan Ordusuna qarşı
qeyri-peşəkar “silahlar” tətbiq etmək ən azından uğursuzluğun təminatı
sayılmalıdır.

Burada ABŞ şirkətinin də məsuliyyətini dərk etməsi gərəkdir. Belə ki, hər bir
istehsalçı öz məhsullarının kimlərə satıldığı və sonradan necə istifadə
edildiyini izləməli, buna görə məsuliyyət daşımalıdır.

Source link