9f4032c1-53d3-465a-84ef-a65e5253897a..jpg

Ordumuzun hərbçisi qar uçqununa düşərək həlak oldu – FOTO/VİDEO

Baxış sayı: 658 dəfə baxılıb.

Ordumuzun hərbçisi qar uçqununa düşərək həlak oldu – FOTO/VİDEO

Gədəbəy rayonu, Qalakənd kənd sakini, müddətdən artıq hərbi qulluqçu Hüseynov
Savalan Bəxtiyar oğlu qar uçqununda qalaraq vəfat edib.

“Qafqazinfo” xəbər verir ki, onun meyiti uçqundan çıxarılaraq ailəsinə təhvil
verilib. S.Hüseynov bu gün dəfn ediləcək.

S.Hüseynovun üç azyaşlı övladı qalıb.

Müdafiə Nazirliyinin Mətbuat xidmətindən “Qafqazinfo”nun sorğusuna cavab
olaraq məlumatı təsdiq ediblər. Bildirilib ki, hadisə fevralın 8-i saat 17
radələrində baş verib:

“Xidmət yerini özbaşına tərk edən Azərbaycan Ordusunun hərbi qulluqçusu
Hüseynov Savalan Hüseyn oğlu qar uçqununa düşərək vəfat edib. Faktla bağlı
araşdırma aparılır”.

Source link