Ordumuzun mövqeləri yenidən atəşə tutulub
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Aprelin 9-u saat 10:40 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri
İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan
Ordusunun Kəlbəcər rayonunun İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən
mövqelərini atıcı silahlardan atəşə tutub.
Bu barədə Müdafiə Nazirliyindən Cixisyolu.com-a bildirilib.
Vurğulanıb ki, bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab
tədbirləri görülüb.
Xatırladaq ki, səhər saatlarında Ordumuzun Laçın istiqamətindəki mövqelərinin
atəşə tutulması barədə də məlumat verilmişdi.