Ordumuzun varlığından qorxan bütün erməni kişilər qadınlarını ataraq Xocalının
Pirlər kəndindən qaçıblar
Qarabağda 44 günlük müharibədə döyüş meydanından qaçmaqda “rekord”lar qıran
erməni kişiləri bu “uğur”larını davam etdirməyə çalışırlar. Artıq onlar
Xocalının Pirlər kəndini ərazisində də müvafiq göstəricilərini təkrar ediblər.
Belə ki, erməni kişilər Pirlər kəndini tamamilə tərk ediblər.
Üstəlik bu məlumatı ermənilərin özlərinin çəkdiyi kadrlar sübuta yetirir.
Ərazidən hazırlanan süjetdə qeyd olunur ki, hazırda kənddə sadəcə bir neçə
erməni qadın yaşamağa davam edir. Süjetdə kişilərdən isə heç bir əsər-əlamət
yoxdur.
Görünür, Azərbaycan ordusunun varlığının canına qorxu saldığı erməni kişilər
düşünmədən ərazidən qaçıblar. Bu zaman isə ənənələrinə sadiq olaraq qadınları
önə veriblər.
Erməni terrorçuları bir vaxtlar Qarabağda dinc əhaliyə, qadın, uşaq və
yaşlılara qarşı amansızlıq göstərsələr də, Azərbaycan ordusunun hətta
müharibədə belə humanizm prinsiplərinə sadiq qaldığına yaxşı bələddirlər. Odur
ki, Pirlərdə yaşayan erməni kişilər öz canlarını düşünüb, qorxaraq qaçsalar da,
qadınlarını burada saxlayıblar. Qadınları tək qoyaraq qaçan erməni kişilərin
ərazidən nə zaman və hara qaçması isə süjetdə qeyd olunmayıb.
Mənbə: News.am