8c0d3d7e-898f-4770-bfaa-6d4bf3ad1be3..jpg

Orxan Əsgərovun bibisi: “Cənazə hələ Vətənə gətirilməyib, İran tərəfindən asılıdır”

Baxış sayı: 728 dəfə baxılıb.

Orxan Əsgərovun bibisi: “Cənazə hələ Vətənə gətirilməyib, İran tərəfindən
asılıdır”

“Orxanın cənazəsini gözləyirik. Bütün gecəni gözləmişik. Hələ gətirilməyib.
Bizə verilən məlumata görə, Orxanın cənazəsinin göndərilməsi İran tərəfindən
asılıdır. Belə bilirəm, cənazə axşam reysi ilə göndəriləcək. Çox güman ki, dəfn
də sabah olacaq”.

Bu məlumatı “Bizim.media”ya İranda həlak olmuş səfirlik əməkdaşı, baş
leytenant Orxan Əsgərovun bibisi İlhamə Əsgərova deyib.

İlhamə Əsgərova Orxanın həyat yoldaşı Aynurun sağlamlıq vəziyyətinin yenə
qeyri-stabil olduğunu da bildirib. Qeyd edib ki, bu gün də ona təcili tibbi
yardım çağırılıb.

Source link