Orxan Camalın qətlinin sensasiyalı təfərrüatı

Baxış sayı: 2. 543 dəfə baxılıb.

Orxan Camalın qətlinin sensasiyalı təfərrüatı

Rusiya Mərkəzi Araşdırmalar İdarəsinin baş redaktoru Andrey Konyaxin “Novaya qazeta” nəşrinə Mərkəzi Afrika Respublikasında jurnalistlərin qətli ilə bağlı yeni təfərrüatı açıqlayıb.

ÇıxışYolu.Com xəbər verir ki, Konyaxin bildirib ki, rusiyalı jurnalistlər MAR-ın paytaxtı Banqi şəhərinə iyulun 28-də gəliblər.

Onların əsas məqsədi bu ölkədə Rusiya hərbi şirkətlərinin fəaliyyəti ilə bağlı məlumatlar toplayıb süjet hazırlamaq olub.

Bundan əlavə jurnalistlər “Kremlin aşpazı” Yevqeniy Priqojinin biznes planları ilə maraqlanıblar, belə ki, sonuncunun adı “ÇVK Vaqnera” adlı hərbi strukturun fəaliyyəti ilə bağlı olub.

İyulun 29-da çəkiliş qrupu paytaxtdan 60 kilometr qərbə, bir vaxtlar diktator Jan-Bedel Bokassanın iqamətgahı olan Berenqo kəndinə yola düşüblər.

Məhz burada rusiyalı mütəxəssislər MAR hökümət ordusunun nümayəndələrinə hərbi təlim keçirlər. Jurnalistləri Mərkəzə buraxmayıblar, onlardan MAR Müdafiə Nazirliyindən akkreditasiyadan keçmək tələb olunub.

Çəkiliş qrupu köməkçiləri, özünü BMT missiyasının nümayəndəsi kimi təqdim edən Martin adlı məsləhətçi ilə əlaqə saxlayıb. Məhz Martin rusiyalılara sürücü seçməkdə kömək edib, və onlara Bambari şəhərinə getməyi məsləhət görüb. Martin jurnalistlərə söz verib ki, Ndassima qızıl mədənlərində onlara çəkiliş aparmağa yardım edəcək.

“Qeyd etmək lazımdır ki, Bambari təhlükəsiz şəhərdir. Lakin Ndassima qızıl mədənlərinə “Seleka” terror təşkilatı tərəfindən nəzarət edir. 

Təcrübəli bələdçilərsiz jurnalistlər qızıl mədənlərinə getmək istəmirdilər. Lakin onlar Martinin təklifini qəbul edərək iyulun 30-da Banqidən Bambariyə yola düşüblər.

Bu şəhərlər arasında yol dağınıq olsa da, təhlükəsiz hesab edilir.

Jurnalistlər axşam saat 6-da Sibyu şəhərinə çatıblar. Burada çəkiliş qrupunun avtomobilini postda saxlayıblar. Bundan sonra nə baş verdiyi isə bilinmir.

MAR-ın rəsmi nüamyəndələri iddia edirlər ki, rusiyalıların cəsədləri Sibyudan 23 kilometr aralıda tapılıb. Bu ərazi hökümətin nəzarəti altındadır.

Çəkiliş qrupunun Bambari yolundan niyə çıxıb? Onlar özləri belə qərar verib və ya əsir düşüblər? Bəlkə onlar qətlə yetirildikdən sonra cəsədləri buraya atılıb?

Bu suallara cavab hələ yoxdur. Martin də yoxa çıxıb. BMT-nin MAR-dakı missiyasında belə adamı tanımadıqlarını bildiriblər. 

Hesab edirəm ki, Orxan Cemal, Aleksandr Rostorquyev Kirill Radçenko quldurların hücumu zamanı yox, əvvəlcədən planlaşdırılmış əməliyyat nəticəsində öldürülüblər.

Misal üçün, bunu Rostorquyevin aldığı ölümcül yaraların xüsusiyyəti göstərir – ürək nahiyəsinə iki atəş.

Daha bir müəammalı məqam isə, bütün fotolarda Orxan və Aleksandrın bir yerdə olması, Kirillin isə onların yanında olmamasıdır. Onların hamısı yalnız morqdan olan kadrda bir yerdədirlər.

Ehtimal var ki, Kirill qaça bilib, lakin aldığı güllə yarasından qanaxma baş verib və ölüb. Radçenko buna qədər Rusiyada olan rəfiqəsi ilə Telegrammla əlaqə saxlayıb. Qız ondan necə çatdıqlarını soruşub, lakin cavab almayıb. Və bütün bunlar iyulun 31-də baş verib. Yəni yerli hakimiyyətin versiyasında göstərilən jurnalistlərin qətlə yetirildiyi gündən iki gün sonra”, – A.Konyaxin deyib.

Baş redaktor jurnalistlərin soyğunçular tərəfindən öldürülməsinə inanmır.

www.ÇıxışYolu.Com