b72e16bc-8d87-4290-a743-6becdd6b95fd.jpg

Orxan Əkbərovun qardaşı qəfil vəfat etdi – Bu gün Mübariz İbrahimovun atasının dəfnində olub

Baxış sayı: 27 dəfə baxılıb.

Vətən Müharibəsi Qəhrəmanı, şəhid polkovnik-leytenant Orxan Əkbərovun ailəsinə
ağır itki üz verib.

“Qafqazinfo” xəbər verir ki, şəhidin qardaşı Elnur Əkbərov dünyasını dəyişib.

Bu gün axşam saatlarında onun halı qəfil pisləşib və Biləsuvar Rayon Mərkəzi
Xəstəxanasına çatdırılıb. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas
etmək mümkün olmayıb.

İlkin ehtimala görə, 38 yaşlı şəhid qardaşı ürəktutmadan vəfat edib.

Mərhum bu gün rəhmətə gedən həmyerlisi, Milli Qəhrəman Mübariz İbrahimovun
atası Ağakərim İbrahimovun dəfn mərasimində olub.

Vətən Müharibəsi Qəhrəmanı O.Əkbərovun digər qardaşı Taleh Əkbərov isə bu ilin
mayında dünyasını dəyişmişdi.

Qeyd edək ki, Orxan Əkbərov 2020-ci ilin oktyabrın 7-də Füzuli uğrunda gedən
döyüşlərdə qəhrəmancasına həlak olub. O, ölümündən sonra çoxsaylı medallarla
təltif edilib.

Source link