b4d4f7c1-9358-4005-9dc3-d0d6c29fdef4..jpg

Orxan Məmmədov: “Aqrar sahədə klasterləşmə işləri sürətləndirilməlidir” – FOTO

Baxış sayı: 687 dəfə baxılıb.

Orxan Məmmədov: “Aqrar sahədə klasterləşmə işləri sürətləndirilməlidir” – FOTO

“Aqrar sahədə sahibkarlıq fəaliyyətinin genişlənməsi bu sahədə vahid
sahibkarlıq ekosisteminin yaradılmasını da zəruri edir ki, bu da klasterləşmə
ilə bağlı təbliğat işlərin sürətləndirilməsini və müvafiq tədbirlərin
görülməsini tələb edir”.

“Report” xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta
Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov
Bakıda keçirilən II Aqrobiznes Forumunda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, klasterlərin yaradılmasında məqsəd onun iştirakçıları
arasında yeni texnologiyaların əlçatanlığının təmin edilməsi, risklərin asan
bölüşdürülməsi, xarici bazara birgə çıxış, elmi biliklərdən və əsas
vəsaitlərdən kollektiv istifadə etmək kimi qarşılıqlı fəaliyyətləri
möhkəmləndirməkdən ibarətdir:

“Bu, ixracın həm əmtəə tərkibinin, həm də coğrafiyasının şaxələnməsinə geniş
imkanlar açır. Azərbaycan Prezidentinin fərmanı ilə təsdiq edilmiş “Mikro,
kiçik və orta sahibkarlıq subyektlərinin klasterləri haqqında Nümunəvi
Əsasnamə”, şübhəsiz ki, bu istiqamətdə həyata keçiriləcək işlərə təkan verəcək.
Ümid edirəm ki, klasterləşməyə dair digər mövcud güzəşt və imtiyazlar da bu
istiqamətdə ekosistemin qurulmasını sürətləndirəcək”.

O.Məmmədov hesab edir ki, aqrobiznes sahəsinin və ümumilikdə KOB sektorunun
inkişafında keçid mərhələsinin şərtləndirilməsində 2022-ci ilin dekabrın 2-də
imzalanan “Mikro, kiçik və orta sahibkarlığın inkişafı haqqında” Qanun mühüm
rol oynayacaq:

“Belə ki, qanunda mikro, kiçik və orta sahibkarlığın inkişafı sahəsində
fəaliyyətin əlaqələndirilməsi, onların maraqlarının qorunması və problemlərinin
həlli, həmçinin dövlət orqanlarının və özəl qurumların KOB subyektlərinə
göstərdikləri xidmətlərin əlaqələndirilməsi məqsədilə dəqiq istiqamətlər
müəyyən edilib”.

Daha çox şəkil burada: PhotoStock.az

Source link