921100ab-ca46-4924-94d9-342dd47e4121..jpg

Orxan Məmmədov: “Biz Latviya ilə işgüzar əməkdaşlığın inkişafı təşəbbüslərini dəstəkləməyə hazırıq”

Baxış sayı: 750 dəfə baxılıb.

Orxan Məmmədov: “Biz Latviya ilə işgüzar əməkdaşlığın inkişafı təşəbbüslərini
dəstəkləməyə hazırıq”

“KOBİA Latviya ilə Azərbaycan arasında işgüzar əməkdaşlığın inkişafı üçün
sahibkarların bütün təşəbbüslərini dəstəkləməyə hazırdır”.

“Report” xəbər verir ki, bunu Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin
İdarə Heyətinin (KOBİA) sədri Orxan Məmmədov Azərbaycanın və Latviyanın işgüzar
dairələri ilə keçirilən görüşdə deyib.

“Bizim agentlik öz təcrübəsini Latviya ilə bölüşməyə hazırdır”, – O.Məmmədov
bildirib.

Onun sözlərinə görə, ağıllı şəhər konsepsiyası Azərbaycanın işğaldan azad
edilmiş ərazilərində həyata keçirilən uğurlu layihədir.

“Biz Latviya şirkətlərini bu istiqamətdə əməkdaşlığa dəvət edirik”, –
O.Məmmədov qeyd edib.

Source link