89db420c-7072-46d2-92a6-07a9803ddafc..jpg

Orxan Məmmədov: “KOBİA 3 minə yaxın sahibkarın iştirakı ilə 137 görüş keçirib”

Baxış sayı: 806 dəfə baxılıb.

Orxan Məmmədov: “KOBİA 3 minə yaxın sahibkarın iştirakı ilə 137 görüş keçirib”

“2022-ci ildə də KOBİA biznes mühitinin yaxşılaşdırılması, KOB sektorunda
qanunvericiliyin və biznesə dövlət xidmətlərinin təkmilləşdirilməsi prosesində
aktiv iştirak edib, yeni KOB subyektlərinin yaradılması və mövcud KOB-ların
inkişafını müxtəlif mexanizmlər vasitəsi ilə dəstəkləyib, sahibkarların qanuni
maraqlarının qorunmasına, bazarlara, bilik və innovasiyalara, maliyyə
resurslarına çıxışına dəstək göstərib”.

Cixisyolu.com-ın məlumatına görə, bunu KOBİA-da 2022-ci ilin yekunları ilə bağlı
keçirilən mətbuat konfransında agentliyin idarə heyətinin sədri Orxan Məmmədov
bildirib.

Onun sözlərinə görə, agentlik tərəfindən sahibkarlıq sahəsində dövlət
siyasətinin formalaşdırılması və tənzimlənməsində iştirak çərçivəsində ötən il
KOBİA-nın təşəbbüsü ilə hazırlanmış normativ hüquqi aktlardan 2-si təsdiq
edilib, 3 layihə razılaşdırılıb, müxtəlif istiqamətlər üzrə hazırlanmış 122
normativ sənəd layihəsinə agentlik tərəfindən rəy və təkliflər bildirilib:

“Azərbaycan Respublikası Prezidentinin 15 dekabr 2022-ci il tarixli Fərmanı
ilə “Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin klasterləri haqqında
Nümunəvi Əsasnamə” təsdiq edilib. “Mikro, kiçik və orta sahibkarlığın inkişafı
haqqında” Qanun layihəsi Milli Məclisdə hər üç oxunuşdan keçib. Bu qanun mikro,
kiçik və orta sahibkarlığın inkişafı sahəsində münasibətləri tənzimləyən və
onlara göstərilən dövlət dəstəyinin təşviqinin forma və metodlarını müəyyən
edəcək.

KOB-ların ehtiyaclarının, qarşılaşdığı çətinliklərin və təkliflərinin
öyrənilməsi üçün Bakı şəhəri və ölkə regionları əhatə olunmaqla 2500-dən çox
KOB subyektinin iştirakı ilə 9 sorğu keçirilib.

Agentliyin təşkilatçılığı ilə 3 minə yaxın sahibkarın iştirakı ilə 137 görüş,
KOBİA yanında İctimai Şuranın təşkilatçılığı ilə isə 550-dən çox sahibkarın
iştirakı etdiyi 7 ictimai müzakirə təşkil olunub”.

Daha çox şəkil burada: Photostock.az

İlhamə Əbülfət

Source link