0085f797-8d0f-45db-829a-9bdb56b0c9cc..jpg

Orxan Məmmədov: “KOBİA olaraq məqsədimiz kiçik və orta biznesin rəqəmsallaşdırılmasıdır”

Baxış sayı: 527 dəfə baxılıb.

Orxan Məmmədov: “KOBİA olaraq məqsədimiz kiçik və orta biznesin
rəqəmsallaşdırılmasıdır”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“KOBİA olaraq məqsədimiz kiçik və orta biznesin rəqəmsallaşdırılmasıdır”.

Cixisyolu.com xəbər verir ki, bunu KOBİA-nın idarə heyətinin sədri Orxan Məmmədov bu
gün Bakıda keçirilən “Inmerge” İnnovasiya Sammitində deyib.

O, rayonlarda və kəndlərdə rəqəmsallaşmanı yüksəltmək istədiklərini bildirib:

“Azərbaycanda sahibkarların 99%-i kiçik və orta bizneslə məşğul olurlar.
Onlara informasiya texnologiyaları sektorunda işləmək lazımdır.

Agentlik olaraq qadın sahibkarlığının inkişafı üçün tədbirlər həyata keçirmək
istəyirik. Pandemiya dövründə Azərbaycanda kiçik və orta sahibkarların 70%-i
onlayn aktivliyini artırıb”.

O.Məmmədovun sözlərinə görə, agentliyin keçirdiyi sorğular göstərir ki,
sahibkarlar çox zaman mövcud dəstək proqramlarından xəbərsiz olurlar:

“Bu boşluğu aradan qaldırmaq üçün rəqəmsallaşdırma bizim strategiyamızın əsas
elementidir”.

Könül Cəfərli

Source link