0c7f78aa-0fda-4492-9050-13306aab3628..jpg

Orxan Məmmədov: “Rayonlarda 65 kənd qonaq evi yaradılıb” – FOTO

Baxış sayı: 1. 059 dəfə baxılıb.

Orxan Məmmədov: “Rayonlarda 65 kənd qonaq evi yaradılıb” – FOTO

“Kəndlərdə sahibkarlığın və özünüməşğulluğun inkişafı” layihəsi çərçivəsində
Dağlıq Şirvan, Quba-Xaçmaz, Lənkəran-Astara və Şəki-Zaqatala iqtisadi
rayonlarında 65 kənd qonaq evi yaradılıb.

Bunu İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı
Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov “Twitter” hesabında
bildirib.

“KOBİA və tərəfdaşların dəstəyilə icra olunan layihə regionlarda sahibkarlığı
təşviq edir”, – deyə o qeyd edib.

KOBİA, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət
Məşğulluq Agentliyi və Dövlət Turizm Agentliyinin dəstəyi ilə həyata keçirilən
“Kəndlərdə sahibkarlığın və özünüməşğulluğun inkişafı” layihəsinin məqsədi
regionlarda sahibkarlığın təşviq olunması, özünüməşğulluğun təmin edilməsi,
kənd turizminə dəstək və sakinlərin rifahının yaxşılaşdırılmasıdır.

“Kəndlərdə sahibkarlığın və özünüməşğulluğun inkişafı” layihəsi çərçivəsində
Dağlıq Şirvan, Quba-Xaçmaz, Lənkəran-Astara və Şəki-Zaqatala iqtisadi
rayonlarında 65 kənd qonaq evi yaradılıb.#KOBİA

tərəfdaşların dəstəyilə icra olunan layihə regionlarda sahibkarlığı təşviq edir.
pic.twitter.com/FHfbFdnOwS
— Orkhan Mammadov (@MammadovOrkh) March 27, 2023

Source link