Osaka qubernatoru sərgiyə görə ağlamayacağını dedi

Baxış sayı: 2. 522 dəfə baxılıb.

Ekspo-2025 sərgisinə ev sahibliyi etmək uğrunda mübarizədə qalib gələn Yaponiyanın Osaka şəhərinin qubernatoru İtiro Matsui sevincindən ağlamayacağına söz verib. 

ÇıxışYolu.Com xəbər verir ki, Matsui nəticələr elan olunanadək özünü balıq mətbəx taxtasında kimi hiss etdiyini etiraf edib. 

“Mən ağlamayacağam. Bu, başlanğıcdır. Sizə minnətdaram. Start buradan başlayır, gəlin elə bir sərgi təşkil edək ki, dünya təəccüblənsin”, – deyə o vurğulayıb. 

Qeyd edək ki, Ekspo-2025-ə ev sahibliyi uğrunda Osaka ilə yanaşı Paris, Bakı və Yekaterinburq şəhərləri mübarizə aparıb.

www.ÇıxışYolu.Com