window._ttzi = 126;var script = document.createElement(“script”);script.src = “https://adributor.tv/nativevideo/get_ads.js?=”+(Math.floor(Math.random() * 100000000) + 1);script.async = true;(document.body || document.head || document.documentElement).appendChild(script);script.onload = function(){script.parentNode.removeChild(script);};
Aktyor Rami Malek “Oskar” mükafatlandırma mərasimi zamanı səhnədən tamaşaçıların əyləşdiyi zala yıxılıb.
“People” nəşrinin məlumatına görə, insidentdən sonra həkim yardımına ehtiyac yaranıb.
37 yaşlı R.Malek “Bohem Rapsodiyası” bioqrafik dramda canlandırdığı Freddi Merkuri obrazına görə “Ən yaxşı aktyor” nominasiyasında “Oskar”a layiq görülüb. Heykəlciyin təqdim olunmasından çox keçməmiş səhnədən aşağı yıxılıb.
Maleki əvvəl zalda kresloya əyləşdiriblər, sonra həkimlərin köməyi ilə o səhnə arxasına aparılıb. Aktyorun agenti Malekin vəziyyətini şərh etməkdən imtina edib.