3efe4e4b-83c2-482b-bd68-59b97969d397..jpg

“Oskar” mükafatı laureatları Makrona qarşı çıxdılar

Baxış sayı: 918 dəfə baxılıb.

“Oskar” mükafatı laureatları Makrona qarşı çıxdılar

Fransız aktrisa Julyet Binoş Fransada pensiya islahatlarına qarşı etirazlara
qoşulub.

“The English Patient” ulduzu, “Oskar” mükafatı laureatı fransız rejissor Mişel
Hazanaviçius (“The Artist”) da daxil olmaqla 300 digər kinematoqrafçı ilə
birlikdə Fransa Prezidenti Emmanuel Makrona pensiya layihəsinin geri
götürülməsini tələb edən açıq kollektiv məktubu imzalayıb.

“Siz ədalətsiz, səmərəsiz və əhalinin ən həssas təbəqələrinə çox ciddi təsir
göstərən pensiya islahatı həyata keçirmək qərarına gəldiniz. Sizin islahatınız
ölkə vətəndaşlarının əksəriyyəti tərəfindən rədd edildi”, – deyə məktubda
vurğulanıb.

Qeyd edək ki, davam edən tətillərə baxmayaraq, keçən həftə Fransa hökuməti
pensiya yaşının 62-dən 64-ə qaldırılmasını nəzərdə tutanqanun layihəsini
qəbul edib.

Mənbə: Gazeta.ru

Source link