135a31af-c581-419d-9099-5e97be56ca64..jpg

“Oskar” mükafatları üçün qaydalar 2001-ci ildən bəri ilk dəfə dəyişdi

Baxış sayı: 411 dəfə baxılıb.

“Oskar” mükafatları üçün qaydalar 2001-ci ildən bəri ilk dəfə dəyişdi
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Oskar” mükafatlandırması üçün daha bir kateqoriya əlavə edilib. Belə ki,
filmdə ən yaxşı aktyor seçiminə görə “kastinqdə nailiyyətlərə görə” mükafatı
veriləcək.

Yenilik artıq Kino Sənəti və Elmləri Akademiyasının Rəhbərlər Şurası
tərəfindən təsdiqlənib.

Kateqoriyanın ilk qalibi 2026-cı ildə – 98-ci “Oskar” mükafatı mərasimində
veriləcək. Belə ki, gələn il Kino Akademiyası filmlərin aktyor heyətini təhlil
edəcək və ən yaxşılarını seçəcək.

Yeri gəlmişkən, Akademiya sonuncu dəfə 2001-ci ildə yeni Oskar kateqoriyası
(“ən yaxşı tammetrajlı cizgi filmi”) təsis etmişdi.

Xatırladaq ki, yanvarın sonunda Amerika Kinematoqrafiya Sənəti və Elmləri
Akademiyası 2024-cü il “Oskar” mükafatınanamizədlərin siyahısını
açıqlayıb.

Source link