“Leon” filmində yaratdığı qızcığaz obrazı ilə şöhrət qazanan kino ulduzu,
“Oskar”lı aktrisa Natali Portman İstanbula gəlib.
Cixisyolu.com bu barədə “Haber Global”a istinadən xəbər verir.
43 yaşlı sənətçi İstanbula səfər anlarını sosial şəbəkə hesabında paylaşıb.
“Qara qu quşu” filmi ilə ən nüfuzlu kino mükafatını alan Portman Qız Qülləsinə
yollanıb. Məşhur pərəstişkarları ilə də foto çəkdirməyi unutmayıb.
Ekran ulduzunun Türkiyəyə səfərinin məqsədi açıqlanmır.