b6eeec5c-274d-49e8-8821-8862e03b3c3c..jpg

Ötən ay Azərbaycanda kafe və restoranlara 125 milyon manat xərclənib

Baxış sayı: 897 dəfə baxılıb.

Ötən ay Azərbaycanda kafe və restoranlara 125 milyon manat xərclənib

2023-cü ilin fevral ayında Azərbaycanda ictimai iaşə dövriyyəsi 124 milyon
930,1 min manat təşkil edib.

APA Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalara
görə xəbər verir ki, bu göstəricinin həcmi ötən ilin müvafiq dövrü ilə
müqayisədə 44,2% və ya 38 milyon 295,8 min manat çoxdur.

Qeyd edək ki, cari ilin yanvar-fevral aylarında Azərbaycanda ictimai iaşə
dövriyyəsi 255,5 milyon manat təşkil edib. Özəl sektorda ictimai iaşə
dövriyyəsinin 50,2%-i hüquqi şəxslərin, 49,8%-i isə bu sahədə sahibkarlıq
fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin payına düşüb. Hüquqi şəxslər üzrə
dövriyyə 2022-ci ilin yanvar-fevral ayları ilə müqayisədə 24,2% artaraq 127
milyon manat olub.

Source link