3b040117-2a90-4472-8efe-6877abbc8bd9..jpg

Ötən ay azad edilmiş ərazilərdə 332 mina aşkarlanıb

Baxış sayı: 516 dəfə baxılıb.

Ötən ay azad edilmiş ərazilərdə 332 mina aşkarlanıb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə
əməliyyatları ilə bağlı aylıq məlumat açıqlanıb.

Bu barədə Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) məlumat yayıb.

Məlumata əsasən, azad olunan ərazilərdə ötən ay ərzində 141 tank əleyhinə
mina, 191 piyada əleyhinə mina, 2502 partlamamış hərbi sursat (PHS) aşkarlanıb
və zərərsizləşdirilib.

Həmçinin 6038,9 hektar ərazi minalardan təmizlənib.

Qeyd edək ki, minatəmizləmə əməliyyatlarını ANAMA, Müdafiə Nazirliyi,
Fövqəladə Hallar Nazirliyi və Dövlət Sərhəd Xidməti həyata keçirir.

Source link