Ötən ay bahalaşan məhsullar – SİYAHI
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
2023-cü ilin yanvar-noyabr aylarında istehlak qiymətləri indeksi 2022-ci ilin
yanvar-noyabr aylarına nisbətən 109,4 faiz, o cümlədən ərzaq məhsulları,
içkilər və tütün məmulatları üzrə 110,4 faiz, qeyri-ərzaq məhsulları üzrə 108,9
faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 108,6 faiz təşkil edib.
Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Bildirilib ki, 2023-cü ilin noyabr ayında istehlak qiymətləri indeksi əvvəlki
aya nisbətən 99,8 faiz, əvvəlki ilin noyabr ayına nisbətən 102,6 faiz təşkil
edib.
2023-cü ilin noyabr ayında ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə
istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 99,6 faiz, əvvəlki ilin noyabr
ayına nisbətən 101,5 faiz olub.
Cari ilin noyabr ayında əvvəlki aya nisbətən ayrı-ayrı ərzaq məhsullarından
daha çox ucuzlaşma çörəyin, qarabaşaq və manna yarmasının, mal, qoyun və toyuq
ətinin, təzə balığın, süfrə marqarininin, qarğıdalı və günəbaxan yağlarının,
naringinin, portağalın, limonun, almanın, heyvanın, narın, xurmanın, kivinin,
kələmin, balqabağın, yerkökünün, çuğundurun, soğanın, kartofun, şəkər tozunun,
bahalaşma isə əsasən pasterizə olunmamış üzlü südün, yoğurtun, yumurtanın,
zeytun yağının, bananın, üzümün, xiyarın, pomidorun, sarımsağın, şəkərin,
qəhvənin, meyvə şirəsinin qiymətlərində müşahidə edilib. Digər ərzaq
məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.