Ötən ay ölkədə 100-ə yaxın partlamamış hərbi sursat tapılıb

Ötən ay ölkədə 100-ə yaxın partlamamış hərbi sursat tapılıb

Baxış sayı: 3. 268 dəfə baxılıb.

Ötən ay ölkədə 100-ə yaxın partlamamış hərbi sursat tapılıb

İyunda Azərbaycanda 100-ə yaxın partlamamış hərbi sürsat tapılıb.

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) məlumatına əsasən, bu ilin iyun ayı ərzində Ağdam, Ağstafa, Cəbrayıl, Xızı, Salyan, Samux, Tərtər rayonları, Bakı, Gəncə və Lənkəran şəhərləri ərazisində 520,723 m² (52.07 ha) ərazi yoxlanılıb, 99 ədəd partlamamış hərbi sursat (PHS), 2 ədəd tank əleyhinə mina və 1 ədəd tank əleyhinə təlim məqsədli mina aşkar edilərək zərərsizləşdirilib.

Əməliyyatlarda 470 nəfər əməliyyat heyəti, 126 nəfər inzibati heyət, 6 mexaniki minatəmizləmə maşını və 40 minaaxtaran it iştirak edib.

Müraciətlər əsasında Daxili İşlər və Fövqəladə Hallar nazirliklərinin, Dövlət Sərhəd Xidmətinin və Xüsusi Dövlət Mühafizə Xidmətinin əməkdaşları ilə birlikdə 8 operativ və təxirəsalınmaz əməliyyat çıxışı həyata keçirilib.