Ötən gün 50-dən çox silah-sursat polisə təhvil verilib
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi
ilə bağlı profilaktiki tədbirləri davam etdirirlər.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib ki, noyabrın 10-da
polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 3 ədəd
avtomat, 2 patron darağı, 33 ədəd müxtəlif çaplı patron və 11 ədəd müxtəlif
markalı ov tüfəngi təhvil götürüblər.
Keçirilən əməliyyat-axtarış tədbirləri ilə dörd ov tüfəngi aşkar edilərək
götürülüb.