Ötən gün Azərbaycan ərazisində vətəndaşlardan götürülən silah-sursatın miqdarı
açıqlandı
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Polis əməkdaşları ötən gün vətəndaşlardan sursatlar götürüblər.
Bu barədə Cixisyolu.com-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat
verilib.
Bildirilib ki, martın 24-də paytaxt və respublikanın ayrı-ayrı rayonlarında
dörd qumbara, iki alışdırıcı, iki patron darağı və 132 ədəd müxtəlifçaplı
patron təhvil götürülüb.
Həmçinin, ötən gün polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə
qanunsuz saxlanılan bir tapança, bir tüfəng, iki patron darağı və 10 ədəd
patron aşkar edilərək götürülüb.