b9be590d-06a2-40e1-bbad-7817c05660e8..jpg

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 21 nəfər saxlanılıb

Baxış sayı: 870 dəfə baxılıb.

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 21 nəfər saxlanılıb

Ötən gün ölkə ərazisində qeydə alınan 25, əvvəlki dövrlərdən bağlı qalan yeddi
cinayətin açılması təmin olunub.

Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 21, o cümlədən borclu şəxs
qismində axtarışda olan altı nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında ölümlə nəticələnən iki yol-nəqliyyat
hadisəsi baş verib, nəticədə iki nəfər ölüb, bir nəfər isə xəsarət alıb.

Narkotiklərlə bağlı səkkiz fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 21 nəfər saxlanılıb.

Source link