5778500d-8329-4766-814c-678cb192b950..jpg

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 23 nəfər saxlanılıb

Baxış sayı: 513 dəfə baxılıb.

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 23 nəfər saxlanılıb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Martın 23-də ölkə ərazisində qeydə alınan 19, əvvəlki dövrlərdən bağlı qalan
altı cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin
olunub.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 20, o cümlədən borclu şəxs
qismində axtarışda olan dörd nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli dörd, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və
aşkarlanması ilə bağlı səkkiz fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 23 nəfər saxlanılıb.

Source link