12b3ad40-761a-41ac-ac10-9468dc42b1f4..jpg

Ötən gün mağazada nəzarətçini bıçaqlayan şəxslər tutulublar – FOTO

Baxış sayı: 512 dəfə baxılıb.

Ötən gün mağazada nəzarətçini bıçaqlayan şəxslər tutulublar – FOTO

Ötən gün mağazadan oğurluq edən zaman onları saxlamaq istəyən nəzarətçini
bıçaqlayan şəxslər tutulublar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev bildirib
ki, soyğunçuluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş
1969-cu il təvəllüdlü Samir Süleymanov və 1992-ci il təvəllüdlü Təbriz Tahirov
müəyyən olunaraq saxlanılıblar. Şəxsi axtarış zamanı onlardan metamfetamin
aşkar olunaraq götürülüb. Araşdırmalarla onların narkotik aludəçisi olduqları
müəyyən edilib.

Fakt üzrə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb,
araşdırma aparılır.

Qeyd edək ki, ötən gün Nizami rayonu, Özbəkistan küçəsində yerləşən mağazadan
240 manat dəyərində olan beş qutu şokoladı oğurlamaq istəyən şəxslər onları
tutmağa çalışan nəzarətçi Rahil Nəsiblini bıçaqlayaraq hadisə yerindən qaçıblar.

Source link