Ötən gün vətəndaşlardan götürülən silah-sursatın sayı açıqlanıb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Ötən gün vətəndaşlardan götürülən silah-sursatın sayı açıqlanıb.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Martın 29-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında
bir avtomat silahı, bir tapança, üç qumbara, iki tüfəng, beş patron darağı və
223 ədəd müxtəlif çaplı patron təhvil götürüblər.