Ötən həftə azad edilmiş ərazilərdə 216 mina zərərsizləşdirilib
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə
həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı həftəlik
məlumat yayıb.
Bu barədə ANAMA məlumat yayıb.
Bildirilib ki, azad olunan ərazilərdə 26 fevral-3 mart 2024-cü il tarixi
ərzində 59 tank əleyhinə mina, 157 piyada əleyhinə mina, 371 partlamamış hərbi
sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.
Həmçinin 2 019,8 hektar ərazi minalardan təmizlənib.
Qeyd edək ki, minatəmizləmə əməliyyatlarını ANAMA, Müdafiə Nazirliyi,
Fövqəladə Hallar Nazirliyi və Dövlət Sərhəd Xidməti həyata keçirib.