680ba9f4-b978-4bad-92d4-a5fb24db2baf..jpg

Ötən həftə azad edilmiş ərazilərdə aşkarlanan minaların sayı AÇIQLANDI

Baxış sayı: 481 dəfə baxılıb.

Ötən həftə azad edilmiş ərazilərdə aşkarlanan minaların sayı AÇIQLANDI
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə
həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı həftəlik
məlumat yayıb.

Cixisyolu.com xəbər verir ki, bu barədə ANAMA-dan bildirilib.

Qeyd edilib ki, azad olunan ərazilərdə 29 yanvar – 4 fevral tarixi ərzində 16
tank əleyhinə mina, 78 piyada əleyhinə mina, 150 partlamamış hərbi sursat (PHS)
aşkarlanıb və zərərsizləşdirilib.

Həmçinin, 336.5 hektar ərazi minalardan təmizlənib.

Xatırladaq ki, minatəmizləmə əməliyyatlarını ANAMA, Müdafiə Nazirliyi,
Fövqəladə Hallar Nazirliyi və Dövlət Sərhəd Xidməti həyata keçirib.

Source link