1dc71701-0672-4372-94ea-d13785a25a80..jpg

Ötən həftə azad olunmuş ərazilərdə 38 mina aşkarlanıb

Baxış sayı: 375 dəfə baxılıb.

Ötən həftə azad olunmuş ərazilərdə 38 mina aşkarlanıb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə
həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı həftəlik
məlumat yayıb.

Cixisyolu.com xəbər verir ki, ANAMA-nın məlumatına görə, azad olunan ərazilərdə 11-17
mart 2024-cü il tarixi ərzində yeddi tank əleyhinə mina, 31 piyada əleyhinə
mina, 202 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.

Həmçinin, 1 394,5 hektar ərazi minalardan təmizlənib.

Qeyd edək ki, minatəmizləmə əməliyyatlarını ANAMA, Müdafiə Nazirliyi,
Fövqəladə Hallar Nazirliyi və Dövlət Sərhəd Xidməti həyata keçirib.

Source link