a3fb232b-7b1b-4ca1-b2a9-79d0a31b6827..jpg

Ötən həftə azad olunmuş ərazilərdə 57 mina aşkarlanıb

Baxış sayı: 388 dəfə baxılıb.

Ötən həftə azad olunmuş ərazilərdə 57 mina aşkarlanıb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə
həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı həftəlik
məlumat yayıb.

Cixisyolu.com xəbər verir ki, ANAMA-nın məlumatına görə, azad olunan ərazilərdə
2024-cü il 1-7 aprel aralığında 10 tank əleyhinə mina, 47 piyada əleyhinə mina,
718 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.

Həmçinin 1576 hektar ərazi minalardan təmizlənib.

Qeyd edək ki, minatəmizləmə əməliyyatlarını ANAMA, Müdafiə Nazirliyi,
Fövqəladə Hallar Nazirliyi (FHN) və Dövlət Sərhəd Xidməti (DSX) həyata keçirib.

Source link